Sözüm Bakalavrlaradır
Bu yazımi universitetdə hələ də təhsil alan tələbələrə ünvanlayıram. Bir çoxları düşünür ki, o qədər əziyyət çəkdim, hazırlaşdım, gecələr yatmadım, gündüzlər dincəlmədim oxudum və universitetə qəbul oldum. Mənim işim bura qədər idi. Artıq bu 4 ilini dadını çıxaracam, heçnə eləmiyəcəm. Bitirəndən sonra "dayday" tapıb işə düzələrəm. Mənim kimiləri isə özünə yeni problemlər yaradır. Tələbəyəm artıq bütün vaxtımı sərf edib, dəlicəsinə oxuyub zərbəçi, əlaçı olum, yüksək təqaüd alım. Gerisini isə düşünmürük. Və gəlirik 4-cü kursa artıq universiteti bitiririk və ağlımız başımıza gəlməyə başlayır.
Bax onda vəlvələyə düşürük ki, vayyy mən bütün günü evdə otura bilmərəm. Mən iş tapmalıyam. Başlayırıq dəlicəsinə iş axtarmağa. Hansı iş elanının tələblərini oxuyuruqsa yaş 21-30, iş təcrübəsi 1 ildən, 3 ilə qədər. Biz də isə təcrübə sıfır. Daha sonra görürük ki, pul qazanaraq işləmək olmayacaq (təbii ki, "dayday"ı olanlara aid deyil, çünki onların işi elə 4 il əvvəlcədən hazır olur), bax onda başlayırıq, ən əvvəldə eləyəcəyimiz şeyi etməyə. Könüllü kimi harda olur olsun çalışım, bircə təcrübə qazanım. Daha keçib həyata bir az da gec atılım, gec pul qazanmağa başlayım, amma yetər ki, qazanım.
Bax elə sözüm belələrinədir. Daha doğrusu, gələcəkdə öz işləyib, öz kariyerasını qurmaq, öz ayaqları üzərində durmaq istəyən gənclərədir. Əsasən də xanımlara, çünki oğlanlar çox işdə işləyə bilər, ən azından öz işi quruncaya qədər, amma qızlar üçün bu o qədər də asan deyil.
Məsləhətim odur ki, nə qədər imkanınız var heç nəyi bəhanə etməyin. "İmtahanlarım var", "vaxtım yoxdu", "çatdırmaram", "hələ yaşım azdı, vaxt var", "özümü indidən niyə yorum ki" kimi bəhanələr gətirməyin. İnanın ki, sonra çox peşiman olacaqsınız. Çünki bütün bunları yaşamış biri olaraq, öz təcrübəmi bölüşürəm sizlərlə. Mən universiteti bitirəndə ən çox heyfsləndiyim şey bu olub.
Ona görə də çalışın könüllü kimi fəaliyyət göstərin, hansısa cəmiyyətlərə qoşulun. Bəzi bildiklərimi aşağıda qeyd edəcəm. Nəsə öyrənməyə can atın. Aktiv həyat keçirin. İnanın ki, pulsuz olaraq işlədiyiniz işlər sonrada sizə o qədər xeyir edəcək ki...
Wowoman, Youth Inc., Aegee-Bakı, ASAN Xidmət və.s kimi cəmiyyətlərə qoşulmağınız daha məsləhətlidir. Xüsusən də xanımlar üçün Wowoman ni məsləhət görərdim. Bu cəmiyyət xanımların inkişafı üçün yaradılmış bir cəmiyyətdir. Sadəcə onu deyyə bilərəm ki, bura müraciət etsəniz heç vaxt peşiman olmayacaqsınız. Motivasiya tavanlardadı. Söhbətin əvvəlindən elə bunu hiss edəcəksiniz)) Hər şeydən öncə şəxsi inkişaf, öz güvəninizi artıracaq.
Və sonda sizlərin hər birinizə gələcək həyatınızda inamla addımlaya biləcəyiniz bir kariyera arzu edirəm. Dediklərimin bir xeyri dəyəcəyini ümid edirəm İN ŞA ALLAH ))