5 Ocak 2017 Perşembe

Həyatımızın tam mərkəzinədə dayanmış ülvi hiss


   Sevgi nədir? Bu sualı çox vermişəm özümə. Sevgi sadəcə bir insanla əyləncəli vaxt mı keçirməkdir yoxsa birinə bağlanmaq mı? Ya boş zamanlarını dolduracaq birinin olması mı? Son zamanlar sevirəm kəlməsi çox şablon bir söz halına gəlib. Əgər biriylə danışırsansa, bir münasibətin varsa, tezcə onu sevgi adlandırırıq. Özümüzü mü aldadırıq ya ətrafımızdakıları mı? 

    Bir də insanlar sevməklə aşiq olmağı çox qarışdırırlar. Əslində isə onlar bir-birindən çox fərqlənirlər. Çünki insanın aşiq olması hormonlara bağlı bir şeydir. Maksimum 3 il çəkir. Daha sonra isə həmin hormonlar öz unikallığını itirməyə başlayır. Sevgi isə tam fərqlidir. Bir kərə insanın qəlbinə düşdü mü bitdi. Yəni sevgi ölənəcən, aşiq olmaq isə bezənəcən olur. 

   Bir neçə il bundan əvvəl bu sual mənə verilsəydi, yəqin ki, mən də o cür düşünərdim. Amma artıq bilirəm ki, bu belə deyil. Çünki sevginin nə olduğunu hüceyrələrimə qədər hiss edirəm. Birisini sevmək kimi ali bir hiss yoxdur. Kiminçünsə dəlicəsinə darıxmaq, hər an yanında olmasını istəmək, onun bir sözünə belə vurulmaq, onu görməkçün can atmaq, qurduğun hər xəyalın, etdiyin hər arzunun başında yer alması kəlimələrə sığmayacaq bir hissdir. Onu sadəcə olaraq bütün varlığınla yaşamaq, ən xırda kapilyarlarına kimi onu hiss etmək lazımdır. Başqa cür onu anlamaq ya da başa salmaq mümkün deyil.
  
   Heç bir zaman istəməmişəm sevgim dillərə dastan olsun. "Leyli və Məcnun", "Fərhadla Şirin", "Romeo və Julietta", və.s kimi sevgilərə hər birimiz qibtəylə yanaşırıq. Amma bu sevgilərin heç biri gözlə sonluqla nəticələnməyib. Ona görə də sevgini qəlbimə salan, daha sonra da sevdiyim insan bilsin mənə yetər. Bu elə ülvi bir hissdir ki, göstəriş ləvazimatı olmamalıdır. Bax o zaman müqəddəs bildiyimiz bu hiss öz gerçək anlamını itirər.

Sevin dostlar!!! Saf sevgiylə sevin! Saf hisslərlə bağlanın bir-birinizə!!!
Hər kəsə bu gözəlliyi yaşaması diləyiylə ❤❤❤

#love#ask#sevgi