3 Mayıs 2017 Çarşamba

Ailə çox önəmlidir)

        İnsanı bu həyatda işinə ilhamlandıran və uğur qazanmasına kömək olan bir çox səbəblər var. Bunlara, sözsüz ki, işinə olan sevgi, çox çalışmaq, səbr etmək, çox həqiqətən, çooox istəmək və.s kimi səbəblər aiddir. Lakin elə bi qüvvə var ki, bəzən bunların olması kifayət etmir. O dəstək olmasa, insan özünü yarımçıq hiss edir. Bilmirəm hamı üçün bu belədir mi? Amma məndə bu hər zaman belə olub. Bu ailə faktorudur. İnsanın həyatında hər zaman bu faktor öz əvəzedilməz rolunu oynayır. Mənim həyatımda isə bu rol daha böyükdür))))
      Çox şöhrətli, hörmətli biri ola bilərik, amma bu həyatda ailəmizin dəstəyi yoxdursa, onlar arxamızda deyilsə, etdiyimiz heç bir işin anlamı qalmır.  Ətrafımız nə qədər geniş olsa da, dostlar, tanışlar... heç biri ailəni əvəz etmir.
     Hər zaman bu işdə başqalarından seçiləcək bir ailəm var demirəm. Mənim də çox problemlərim olur, amma heç zaman onlardan vaz keçməyi istəməmişəm, çünki bilirəm ki, onlarsız heçəm. Nə olur olsun ailəmin dəstəyi yoxdursa, qazandıqlarımın da heç bir dadı qalmır.



      Ailənizi sevin. Daim onların dəstəyinə ehtiyac duyun. Demirəm, mübarizənizdən əl çəkin. Xəyallarınızın, istəklərinizin arxasınca getməyin. Sadəcə olaraq, bunu etdiyiniz zaman ailənizi itirməyin. Nəyisə qazanacam deyə onların sevgisini itirməyi gözə almayın. Uğur qazana da bilərsiniz, istədiyiniz mövqedən belə yüksək mövqelərə gələ bilərsiniz, amma dəstəksizsinizsə, o sevgini hiss etmirsinizsə, müəyyən vaxtdan sonra artıq görəcəksiniz ki, bu qədər mübarizə boşuna imiş. Öz təcrübəmdən yola çıxaraq deyirəm ki, nə zamansa, ailəmin tam dəstəyi olmadan yola çıxmışamsa, heç vaxt bir nəticə əldə etməmişəm. Deməli, beləsi xeyirlisi deyilmiş)))

     Nə olur olsun heç bir şan-şöhrət ailəni əvəz edə bilmir. Müvəqqəti olaraq insan buna özünü inandırmağa çalışsa da boşdur. Ona görə ailənizi sevin. Onlardan vaz keçmək əvəzinə onları razı salmağa, onların dəstəyini qazanmağa çalışın. Bax onda bu əsl qələbə olar və bu qələbə başqalarına bənzəmir.

     Hər birinizə həyatda bol şanslar, uğurlar. İN ŞA ALLAH istədiyiniz mövqeyə ailənizin və sevdiklərinizin dəstəyi ilə çatıb əsl qələbənin dadını yaşayasınız))))))

12 Nisan 2017 Çarşamba

Yenə ürəyim dolu idi

   Çoxdandır blog yazmağa ara vermişdim. Səbəbi nədir açığı özüm də bilmirəm. Ola bilsin həyatdan yorulmuşdum ya da küsmüşdüm... Hər nəsə... Ürəyim dolub yenə. Onları yazıya tökməyə qərar verdim. Yormaram heç kəsi İN ŞA ALLAH:)
   Həyatda tək sirdaşım ALLAHımdır. Çünki dərdimi anlatdığımda başa düşəcək bir bəndəsi yoxdur. Onla tək tərəfli dialoqum  olsa da məni anlayır, dərdimə çarə olur. Düşünürəm ki, bu həyatdakı əəən böyük uğurumdu)))
   Amma bəzi şeyləri burda da yazıram. Kimlər oxuyur, ümumiyyətlə oxunurmu bilmirəm. Ən azından bunu oxuyan az kütlə də olsa bəs edir. Yəni ola bilsin anlamasalar da səssiz dinləyicilərim var.
   21 yaşım olmasına baxmayaraq həyatda o qədər şeylər gördüm, o qədər pis ya da yaxşı fərq etmir təcrübələr yaşadım ki, hər dəfəsində də həə bitdi buraya qədər, yəqin bu sonuncudur, artıq bütün üzləri gördüm, hər tipdə olan insanla tanış oldum (öz mənfəəti uğurunda yaxınlarını belə xərcləyəni,hər cür "şərəfsizliyi" edib, sonra heç bir şey olmamış kimi özünü haqlı çıxaranı, yaltaq, ikiüzlü alçaqları daa...), bundan artığı olmaz deyə düşünürdüm.
   Amma artıq elə deyil. Bu yaşın getdikcə öz təsirini göstərməsindən də ola bilər, artıq bu cür hallara alışmamdan da (yəni əvvəlki kimi böyük reaksiyalar vermirəm) ola bilər. Ya da artıq həyatı olduğu kimi qəbul edirəm, elə belə də olmalıymış kimi:) Elə ən yaxşısı da budur, məncə.
  Hadisələrə nə qədər ilişib qalırıqsa, beynimizdə onu böyüdürüksə, daha çox incinirik, yoruluruq. Bunları öz həyatımda daha çox gördüm, yaşadımƏsas səbəb tez reaksiya verməkdədir. Çünki işin sonunu gözləmirik, nə olacağını bilmədən "tullanırıq". Halbu ki, biraz sakitləşsək, daha sonra görəcəyik ki, heç bizim nəsə etməyimizə ehtiyac qalmayacaq. Su axıb öz yolunu tapacaq. Təbii ki, bunların başı da səbrdir. . İndi bu yolu dənəyirəm. Yenə də tam alınmır. Amma nəzərə alsaq ki, çox tez və kəskin reaksiyalar verən biri olaraqdan qət etdiyim bu yol, aldığım bu nəticə elə də pis deyil) Öz üzərimdə işləyirəm. Çox çalışıram. Hər şeyi axarına buraxmışam, ALLAHıma buraxmışam. O ən düzgünü edəcək, buna inanıram.

   Sizlərə də məsləhət görərdim bunu. Səbr edin. İşin sonunu gözləyin. İnanın ki, daha gözəl olacaq həyatınız.

   Ola bilər ki, yazdıqlarımda təkrara qaçıram. Amma həyat belədir. Əsas qanun budur. Mən də hər dəfəsində burda yazmaqla özüm də xatırlamış)
    Ümid edirəm ki, çox sıxıcı olmadım)))

5 Ocak 2017 Perşembe

Həyatımızın tam mərkəzinədə dayanmış ülvi hiss


   Sevgi nədir? Bu sualı çox vermişəm özümə. Sevgi sadəcə bir insanla əyləncəli vaxt mı keçirməkdir yoxsa birinə bağlanmaq mı? Ya boş zamanlarını dolduracaq birinin olması mı? Son zamanlar sevirəm kəlməsi çox şablon bir söz halına gəlib. Əgər biriylə danışırsansa, bir münasibətin varsa, tezcə onu sevgi adlandırırıq. Özümüzü mü aldadırıq ya ətrafımızdakıları mı? 

    Bir də insanlar sevməklə aşiq olmağı çox qarışdırırlar. Əslində isə onlar bir-birindən çox fərqlənirlər. Çünki insanın aşiq olması hormonlara bağlı bir şeydir. Maksimum 3 il çəkir. Daha sonra isə həmin hormonlar öz unikallığını itirməyə başlayır. Sevgi isə tam fərqlidir. Bir kərə insanın qəlbinə düşdü mü bitdi. Yəni sevgi ölənəcən, aşiq olmaq isə bezənəcən olur. 

   Bir neçə il bundan əvvəl bu sual mənə verilsəydi, yəqin ki, mən də o cür düşünərdim. Amma artıq bilirəm ki, bu belə deyil. Çünki sevginin nə olduğunu hüceyrələrimə qədər hiss edirəm. Birisini sevmək kimi ali bir hiss yoxdur. Kiminçünsə dəlicəsinə darıxmaq, hər an yanında olmasını istəmək, onun bir sözünə belə vurulmaq, onu görməkçün can atmaq, qurduğun hər xəyalın, etdiyin hər arzunun başında yer alması kəlimələrə sığmayacaq bir hissdir. Onu sadəcə olaraq bütün varlığınla yaşamaq, ən xırda kapilyarlarına kimi onu hiss etmək lazımdır. Başqa cür onu anlamaq ya da başa salmaq mümkün deyil.
  
   Heç bir zaman istəməmişəm sevgim dillərə dastan olsun. "Leyli və Məcnun", "Fərhadla Şirin", "Romeo və Julietta", və.s kimi sevgilərə hər birimiz qibtəylə yanaşırıq. Amma bu sevgilərin heç biri gözlə sonluqla nəticələnməyib. Ona görə də sevgini qəlbimə salan, daha sonra da sevdiyim insan bilsin mənə yetər. Bu elə ülvi bir hissdir ki, göstəriş ləvazimatı olmamalıdır. Bax o zaman müqəddəs bildiyimiz bu hiss öz gerçək anlamını itirər.

Sevin dostlar!!! Saf sevgiylə sevin! Saf hisslərlə bağlanın bir-birinizə!!!
Hər kəsə bu gözəlliyi yaşaması diləyiylə ❤❤❤

#love#ask#sevgi