Çox şöhrətli, hörmətli biri ola bilərik, amma bu həyatda ailəmizin dəstəyi yoxdursa, onlar arxamızda deyilsə, etdiyimiz heç bir işin anlamı qalmır. Ətrafımız nə qədər geniş olsa da, dostlar, tanışlar... heç biri ailəni əvəz etmir.
Hər zaman bu işdə başqalarından seçiləcək bir ailəm var demirəm. Mənim də çox problemlərim olur, amma heç zaman onlardan vaz keçməyi istəməmişəm, çünki bilirəm ki, onlarsız heçəm. Nə olur olsun ailəmin dəstəyi yoxdursa, qazandıqlarımın da heç bir dadı qalmır.
Ailənizi sevin. Daim onların dəstəyinə ehtiyac duyun. Demirəm, mübarizənizdən əl çəkin. Xəyallarınızın, istəklərinizin arxasınca getməyin. Sadəcə olaraq, bunu etdiyiniz zaman ailənizi itirməyin. Nəyisə qazanacam deyə onların sevgisini itirməyi gözə almayın. Uğur qazana da bilərsiniz, istədiyiniz mövqedən belə yüksək mövqelərə gələ bilərsiniz, amma dəstəksizsinizsə, o sevgini hiss etmirsinizsə, müəyyən vaxtdan sonra artıq görəcəksiniz ki, bu qədər mübarizə boşuna imiş. Öz təcrübəmdən yola çıxaraq deyirəm ki, nə zamansa, ailəmin tam dəstəyi olmadan yola çıxmışamsa, heç vaxt bir nəticə əldə etməmişəm. Deməli, beləsi xeyirlisi deyilmiş)))
Nə olur olsun heç bir şan-şöhrət ailəni əvəz edə bilmir. Müvəqqəti olaraq insan buna özünü inandırmağa çalışsa da boşdur. Ona görə ailənizi sevin. Onlardan vaz keçmək əvəzinə onları razı salmağa, onların dəstəyini qazanmağa çalışın. Bax onda bu əsl qələbə olar və bu qələbə başqalarına bənzəmir.
Hər birinizə həyatda bol şanslar, uğurlar. İN ŞA ALLAH istədiyiniz mövqeyə ailənizin və sevdiklərinizin dəstəyi ilə çatıb əsl qələbənin dadını yaşayasınız))))))
Hiç yorum yok:
Yorum Gönder