12 Nisan 2017 Çarşamba

Yenə ürəyim dolu idi

   Çoxdandır blog yazmağa ara vermişdim. Səbəbi nədir açığı özüm də bilmirəm. Ola bilsin həyatdan yorulmuşdum ya da küsmüşdüm... Hər nəsə... Ürəyim dolub yenə. Onları yazıya tökməyə qərar verdim. Yormaram heç kəsi İN ŞA ALLAH:)
   Həyatda tək sirdaşım ALLAHımdır. Çünki dərdimi anlatdığımda başa düşəcək bir bəndəsi yoxdur. Onla tək tərəfli dialoqum  olsa da məni anlayır, dərdimə çarə olur. Düşünürəm ki, bu həyatdakı əəən böyük uğurumdu)))
   Amma bəzi şeyləri burda da yazıram. Kimlər oxuyur, ümumiyyətlə oxunurmu bilmirəm. Ən azından bunu oxuyan az kütlə də olsa bəs edir. Yəni ola bilsin anlamasalar da səssiz dinləyicilərim var.
   21 yaşım olmasına baxmayaraq həyatda o qədər şeylər gördüm, o qədər pis ya da yaxşı fərq etmir təcrübələr yaşadım ki, hər dəfəsində də həə bitdi buraya qədər, yəqin bu sonuncudur, artıq bütün üzləri gördüm, hər tipdə olan insanla tanış oldum (öz mənfəəti uğurunda yaxınlarını belə xərcləyəni,hər cür "şərəfsizliyi" edib, sonra heç bir şey olmamış kimi özünü haqlı çıxaranı, yaltaq, ikiüzlü alçaqları daa...), bundan artığı olmaz deyə düşünürdüm.
   Amma artıq elə deyil. Bu yaşın getdikcə öz təsirini göstərməsindən də ola bilər, artıq bu cür hallara alışmamdan da (yəni əvvəlki kimi böyük reaksiyalar vermirəm) ola bilər. Ya da artıq həyatı olduğu kimi qəbul edirəm, elə belə də olmalıymış kimi:) Elə ən yaxşısı da budur, məncə.
  Hadisələrə nə qədər ilişib qalırıqsa, beynimizdə onu böyüdürüksə, daha çox incinirik, yoruluruq. Bunları öz həyatımda daha çox gördüm, yaşadımƏsas səbəb tez reaksiya verməkdədir. Çünki işin sonunu gözləmirik, nə olacağını bilmədən "tullanırıq". Halbu ki, biraz sakitləşsək, daha sonra görəcəyik ki, heç bizim nəsə etməyimizə ehtiyac qalmayacaq. Su axıb öz yolunu tapacaq. Təbii ki, bunların başı da səbrdir. . İndi bu yolu dənəyirəm. Yenə də tam alınmır. Amma nəzərə alsaq ki, çox tez və kəskin reaksiyalar verən biri olaraqdan qət etdiyim bu yol, aldığım bu nəticə elə də pis deyil) Öz üzərimdə işləyirəm. Çox çalışıram. Hər şeyi axarına buraxmışam, ALLAHıma buraxmışam. O ən düzgünü edəcək, buna inanıram.

   Sizlərə də məsləhət görərdim bunu. Səbr edin. İşin sonunu gözləyin. İnanın ki, daha gözəl olacaq həyatınız.

   Ola bilər ki, yazdıqlarımda təkrara qaçıram. Amma həyat belədir. Əsas qanun budur. Mən də hər dəfəsində burda yazmaqla özüm də xatırlamış)
    Ümid edirəm ki, çox sıxıcı olmadım)))

Hiç yorum yok:

Yorum Gönder