Stiv Cobsun həyatına nəzər salsaq, o qədər maraqlı məqamlarla qarşılaşarıq ki...)) İstər şəxsi, istərsə də iş həyatı, bir sözlə bütün həyatı boyunca yaşadığı situasiyalar bizləri həm güldürüb, həm də düşündürməyə sövq edəcəkdir. Bugün sizlərlə paylaşacaqlarım isə onun həyatı haqqında öyrəndiyim ən maraqlı hadisələrdir.Stiv Cobs dostu Vozniakla birlikdə hazırladıqları və "Mavi qutu" adlandırdıqları "küçə telefon"larından ilk dəfə özləri istifadə etmişlər. Onlar amerikalı diplomat Henry Kissengeri təqlid edərək papayla danışmaq istəsələr də bu cəhdləri uğursuz olmuşdur.))
- Stiv Cobs bir zamanlar Hindistana uzunmüddətli səyahət etmiş və hindlilərin təsiriylə buddizm dinini qəbul etmişdir.
- Bir müddət narkotik maddə istifadəçisi olmuş və bundan heç vaxt peşman olmadığını dilə gətirmişdir.
- Həddən artıq təmizlik sevdalısı biri olmuşdur. Hətta bu səbəbdən iş vaxtlarını gecə saatlarına salar və ofisdə ayaqyalın gəzərmiş )
- Cobs maşınını hər zaman əngəllilər üçün yaradılan dayanacaqda saxlayardı. Səbəb isə ona 2009-cu ildə qaraciyər köçürülməsidir.
- Mersedes SL55 AMG markalı avtomobilini hər zaman dövlət nömrə nişanı olmadan istifadə etmişdir.
- Ortaq işlədiyi dostu Vozniaka yalan söyləyərək, gördükləri iş müqabilində 5000 dollar almalarına baxmayaraq 700 dollar verdiklərini söyləmiş, nəticədə ona ümumi məbləğin sadəcə 350 dollarını vermişdir))))))))))
- Pankreas xərçəngindən əziyyət çəkən Cobs 2011-ci ildə vəfat etmiş və son sözləri " Oh wow, oh wow, oh wow..." olmuşdur.
Stiv Cobsun həyatında maraqlı və yaddaqalan məqamlardan biri də onun ölümü qabağı verdiyi vəsiyyətnaməsidir. Bu vəsiyyətnaməni sizə təqdim edirəm.
"Apple"nin əvvəlki CEO-su və məşhur texnologiyanın lideri Steven.M.Cobs: Bununla mən sonumun gəldiyini və vəsiyyətnaməmi elan edirəm. Əgər bunu oxuyursunuzsa, onda mən ölmüş olmalıyam. Həqiqətən, mən heç vaxt sonumun olacağını düşünməzdim, lakin görünür ki, mədəaltı vəzin dəyərləri iflas etdi.
Uzun-uzadı və zəhlətökən vəsiyyətlər istifadəçiləri narazı qoyduğu üçün mən vəsiyyətnamə prosesini asanlaşdırmaq qərarına gəldim. Gəlin onlara baxaq.
- Mən bununla vəsiyyət edirəm ki, mənim bütün holdinq torpaqlarım Collins Community College JR Tolken cəmiyyətinə və fun kluba verilsin.
- Əgər növbəti sessiyada "eşşək-sifət" Bretti prezident seçərlərsə, onlar cərimələnsin.
- Mən bununla məhdud sayda üzərində kəsimlər olan lazer diskimi kuzenim(əmi,xalam və.s oğlu) Mayka vəsiyyət edirəm. Hansı ki, hər zaman, həqiqətən, paxıllıq edirdi.
- Mən bununla 85 ədəd eyni, qara uzunboğaz köynək kolleksiyamı Mark Zuckerbergə vəsiyyət edirəm. Özünü təmizləsin axmaq))
- Əgər Mark mənim qarderobumu rədd edərsə, onda onu zəlzələdən zərərçəkən haitililərə verin.
- Onlara de, əgər onlar götürməzlərsə, mən onların İphone xidmətlərini dayandıracam. Gözlə, sən nə demək istəyirsən onların bəzilərinin İphone yoxdur? Onlar nə çərənləyirlər?
- Mən köhnə günlərindən qalma Pam Anderson posterini dostum Bill Klintona vəsiyyət edirəm.
- Mən tələb edirəm ki, mənim ölümü yandırılsın və küllərim Star Trek meydanında boya dəstində istifadə edilsin
Hələlik
Stiv Jobs
Bu mənim vəsiyyətnamədən seçdiyim diqqətçəkən məqamlardır. Tərcümə olduğu üçün biraz gülməli gələ bilər bəzi məqamlar. Amma əlimdən gəldiyi qədər yazmağa çalışdım. Bəyənəcəyinizi ümid edirəm.)))
Hiç yorum yok:
Yorum Gönder