7 Ekim 2016 Cuma

Həyatdan daim zövq alın

1401307143_h
Elə bir insana rast gəlməzsən ki, həyatda hansısa çətinliklərlə qarşılaşmasın. Çünki bu həyat bir mübarizə meydanıdır və hər kəs həyatı boyunca nəsə uğurunda mübarizə aparır. Bu bizim kiçik bir nöqtə kimi formalaşdığımız andan başlayır. Əvvəl həmin nöqtə böyüyüb hərf olmağa çalışır. Daha sonra bir hərf böyüyür bir neçə hərfə çevrilir. Hərflər düzülərək sözləri əmələ gətirir. Və nəticədə biz sözlər zəncirinindən ibarət cümlələrə çevrilirik. Böyüyüb yaşa dolduqca qarşılaşdığımız problemlərin həcmi də böyüyür. Və bu proses periodik olaraq davam edir. Çünki hardasa bir nöqtədə qırılsa, proses davam etməsə onda həyatımız öz anlamını itirir. Həyat monotonlaşır. Bir çox depressiya hallarının səbəbkarı da məzh belə hallardır. Bəzi hallarda bezirik. Mübarizə gücümüzü itiririk. Amma unutmaq olmaz ki, həyatda hər kəsin bir missiyası var və bu missiyanı layiqli şəkildə başa çatdırmaq üçün daim səylə çalışmalıyıq.
Çoxlarımızın uşaqlıq xatirələri heç də "toz pembe" deyil. Uşaqlıqda yaşadığımız travmalar heç vaxt yadımızdan çıxmır. Bu şərt deyil bir bədbəxt hadisə olsun. Adicə oxuduğumuz sinifdə sinif yoldaşlarımızla aramızda kəskin maddi fərqlərin olması belə bir travmadır.
Öz həyatımdan örnək verim. Yəqin ki, çoxları kənardan baxıb fikirləşər ki, bunun nə problemi, nə dərdi ola bilər. Amma elə deyil. Həyatın mənə ilk zərbəsini vuranda daha 3 yaşım vardı. Bu yaşımda mən artıq həyatın nə qədər acımasız olduğunu anladım. Bəli hələ ana quzusu, ona doyamadan, qoxusunu içimə çəkəmədən onu itirdim. Düzdü, yəqin düşünərlər ki, bu yaşda bir uşaq onu nə dərəcədə analaya bilər. Mənim özüm də hərdən belə fikirləşirdim ki, axı çox uşaq idim. Axı niyə mənə  bu qədər təsir etmişdi ? Amma ətrafımda eyni yaşda uşaqlara baxıram və görürəm ki, həqiqətən məsələ düşündüyüm kimi deyil. 3 yaşlı uşaq artıq bir çox şeyləri dərk edəcək ağılda olur.Amma yenə də şanslı olduğumu düşünürəm, nə qədər həyatı dərk etmiş olsam da tam olaraq ölümün nə demək olduğunu anlamırdım. Sözsüz ki, bu mənə daha çox o vaxt təsir etdi ki, artıq mən yeniyetməlik yaşıma çatdım və bir qız anasına ən çox ehtiyacı olduğu anlarda mən onsuzdum. Onu çox tanımasam da elə anlar olub ki, ona o qədər ehtiyacım olub... Əslində yanımda olsa məsələlərə necə reaksiya göstərərdi bilmirdim. Sadəcə onun varlığını yanımda hiss etmək istəyirdim. Amma üsyan etmək əvəzinə sahib olduqlarıma şükür edirdim. Ən gözəli də bu idi. Əgər keçmişimdə ilişib qalsaydım, indi sahib olduqlarımın heç birinə sahib ola bilməzdim. Çünki çox şükürlər olsun ki, RƏBBİM mənə elə gözəlliklər nəsib edib ki, onları göz ardı etmək axmaqlıq olardı.
Sizlərə məsləhət olaraq deyil də təcrübəmdən yola çıxaraq demək istərdim ki, dərdlərinizi gözünüzdə çox böyüdüb bunu artıq həyat tərzinizə çevirməyin. Yəni onu nə qədər mənimsəsəniz ondan xilas olmağınız bir o qədər çətin olacaq. Hər şey kimi o da gəldi gedərdi. Keçmişə ilişib qalmaqdansa, bugününüzü yaşayıb gələcəyinizlə bağlı xəyallar qurun, onlara çatmaq üçün çalışın. Demirəm keçmişi unudun və ya üstündən xətt çəkin. Sadəcə sabahınızın dünəninizdən hər zaman daha gözəl olacağına inanın. Çox xırda bir sevinci böyük bir xoşbəxtliyə və ya çox xırda bir problemi böyüdüb bədbəxt hadisəyə çevirmək sadəcə sizin əlinizdədir. Çalışın bir qönçədən gül bağçası yaradın. Ətrafınıza da bunu aşılayın))))))))))
Hər birinizə gözəl sabahlar arzu edirəm!!!!!!!

Hiç yorum yok:

Yorum Gönder