Bu dəfə sizə imtahnda stres keçirməyin, təsirlərindən və bunlardan xilas olmağın yollarından danışcam və eyni zamanda öz təcrübəmi bölüşəcəm. Qısacası mən etdim siz etməyin deyə))
Deməli, mən iki il çox əziyyət çəkdim, çox oxudum həm də elə belə deyil dəlicəsinə oxudum. Və nəticəsini gördüm) Çox şükürlər olsun))) Amma bu sırada bir şeyi unutdum ki, mən insanam, hər şeydən əvvəl mən bir qızam. Elə zənn eləyirdim ki, həyat sadəcə bundan ibarətdir, mən yalnız universitetə qəbul olmalıyam. Fikirləşirdim ki, əgər qəbul olmasam, mən bitdim, bu sondu. Hətta pis yazsam, özümü necə intihar edəcəyimi dəə düşünmüşdüm)) Özümə baxmırdım həm də heç. Düşünürdüm ki, mən 5 dəqiqəmi ayırıb saçımla oynamasam, qurtardı, mən kəsildim. Bir sözlə, özümü hər şeydən təcrid etmişdim.
Və nəhayət, o gün gəldi. Çox həyəcanlı və stresliydim. İmtahana girdim. Stersli və həyəcanlı olmağım sözsüz ki, təsir etdi. Bir anlıq özümdə anlamadan necəsə oldu kodlaşmada səhv etdim(sürüşdürdüm). O an nələr yaşadım bir ALLAH bilir. Sadəcə ona sevinirəm ki, ürəyim dayanmayıb)) Çıxanda gördüm ki, bu qədər ildi keçirdiyim stres sadəcə 3 saatdan ötrü imiş)
3 saat deyib keçdiyimə baxmayın. Bu o 3 saatdı ki, insanın həyatına yön verir, onu dəyişir. Amma qəbul olmasan bu son deyil. Bunu hər kəs anlamır, xüsusilə dəə valideynlər. Böyüklər də həmişə belə bir psixologiya var (əksəriyyətində) övladlarının başqalarıyla müqayisə edir və onların başqalarına bənzəməsini istəyir. Filankəsin qızı qəbul oldu, sən dəə olmalısan, camaatın üzünə necə baxacıq, Hazırlıqlara bu qədər pul tökmüşük və.s bu tipli şeylərlə onları sıxırlar. Və insanda elə bir təəssüratı yaradırlar. Amma hər kəs özünün nəyə qadir olduğunu bilir. Siz əgər bunu bacaracağınızı düşünmürsünüzsə, onda bunu onlara anlatın. Yox məni başa düşməyəcəklər, onlar istədiyini etmək məcburiyyətindəyəm desəz, bəlkə də ömür boyu bunun peşimanlığını çəkəcəksiniz. Özünüzü heçnədən məhrum etməyin. Demirəm bütün gün gəzin, əylənin, dərsləri boşlayın. Sadəcə istirahətinizi düzgün edin, özünüzə vaxt ayırın, xüsusən qızlar özünüzə baxın, nə olsa daa bir qız olduğunu unutmayın.
Mən 2 il demək olar ki, heçnə etmədim, sadəcə oxumaqdan başqa. Artıq imtahanı verib bitirəndən sonra bir dəfə şəhərə çıxdım gördüm ki, Bakı nə qədər dəyişib)) Onda anladım səhv etdiyimi. 2 il özümü hərşeydən təcrid etmişəm. Amma inanın ki, boş bir şeydi. Sizə bacımı misal çəkim. Heçnəyindən qalmırdı, oxumaq desəz onun evdə oxuduğunu görməmişdim yalnız hazırlıqlarda oxuyurdu, amma ona görə çox çox yaxşı bir balla da qəbul oldu)) Yəni son sözüm odur ki, heçnə dünyanın sonu deyil, əsas özünüzə və sevdiklərinizə vaxt ayırın və sevdiyiniz şeyi seçin, onda inanın ki, hərşey daha gözəl olacaq.
Son olaraq imtahan stresindən necə azad olmaq olar:
1) ALLAHA çoxlu dua et.:)
2) Çox düşünmə, axarına burax onsuz daa nə olacaqsa olacaq(təbii ki, bu o demək deyil ki, oxuma, oxu amma özünü öldürmə:) )
3) Heç kəsin dediklərinə baxma (bəzi paxıllığını çəkənlər motivasiyanı düşürmək üçün çox şey deyə bilərlər)
4) Özünə güvən (biliyinə, savadına, əziyyətinə güvən)
5) İstədiyinsahə üzrə get (çünki o halda daha həvəslə çalışacaqsan, dörd əllə sarılacaqsan)
Hər birinizə bütün həyatınızda uğurlar, istər iş, istər dərs, istərsə də şəxsi həyatınızada. Bunu unutmayın ki, heçnə sizdən, sizin sağlamlığınızdan, sizin xoşbəxtliyinizdən önəmli deyil...
Hiç yorum yok:
Yorum Gönder