Həyatda hər bir insanın arzuları olur. Hələ lap uşaqlıqdan başlayaraq hər birimiz gələcək haqqında arzularımızı, planlarımızı dilə gətiririk. Sözsüz ki, bu arzular hər zaman stabil qalmır. Tez-tez dəyişir. Ta ki biz özümüzü tam olaraq tanııyana, həqiqətən də nə istədiyimizi anlayana qədər. Və bundan sonra artıq biz cəhdlərə başlayırıq. Təbii ki, bir çoxlarımız bu mərhələyə qədər də bir çox sınaqlardan keçirik. İstəmədiyimiz işlərdə çalışırıq, sanki bizim olmayan həyatı kimdənsə nə vaxtsa qaytarmaq şərtilə borc alıb yaşayırıq.
Bir işə başlarkən qarşıda duran ən qlobal məsələ, özünə güvənmək və bu iş üçün ilk cəhdi etmək. Təbiidir ki, ilk cəhd hər zaman uğurlu olmur. İlk addımdan daha vacib olan isə ilk yıxıldığında yenidən ayağa qalxa bilməkdir. Çünki əgər bunu bir dəfə bacarmısansa, təkrar-təkrar yenə bacara bilərsən. Ona görə hər zaman özünə güvən və sevdiyin, həvəsli olduğun bir işin dalınca get və heç zaman məğlubiyyəti qəbul edib mübarizəni dayandırma. Bax ondan sonra qazanacağın qələbənin dadı bir başqa olur. Məncə, bunu yaşamağa dəyər :) Hər birinizə bu qəbələbəni yaşamağı arzu edirəm.
İndi isə əsas mövzuya keçək. Bir işdə ilk cəhddən sonra uğursuz oldunsa, ümidsizliyə qapıldınsa, o zaman bir sıra insanlar var, hansının ki, həyatını oxumağını tövsiyyə edirəm. Ondan sonra görəcəksən ki, onlar dünyanın ən varlı, ən tanınmış şəxsləri oluncaya qədər necə çətin bir perioddan keçiblər. Amma əsl məsələ odur ki, heç zaman mübarizədən vaz keçməyiblər və nəticə onu göstərib ki, həqiqətən də bu qədər əzaba, çətinliyə dəyərmiş. Bu cür şəxslərdən biri bir çoxlarımıza yaxşı tanış olan Stiv Cobsdur. Oun həyatına nəzər salsaq biz bunu daha yaxşı görəcəyik.
1. Əsl adı Stiven Paul Cobs olan bu şəxs 24 fevral 1955-ci ildə amerikalı Coan Karol Sşiebe və suriya əsilli Əbdülfəttah Con Jandalinin evliliyindən dünyaya gəlmişdir. Həmin dövrlərdə Cobsun bioloji anası Coan tələbə olduğu üçün uşağa baxa bilmirdilər və onu doğumundan cəmi 1 həftə sonra Pol və Klara Cobsa övladlığa verdilər. Bu isə Cobsun gələcəkdə quracağı kariyeranın, yaşayacağı həyatın ilkin işartısı oldu. Çünki Pol Cobs bir mexanik idi və Stivə bunu öyrədirdi, yəni o hələ uşaq yaşlarından texnologiya ilə tanış olmuşdu.
2. Stiv Cobs orta təhsilini Kaliforniya şəhərində yerləşən Homestead High School məktəbində alır. Eyni zamanda yaxın dostu Voznyakla birgə mövsimi işlərdə də çalışır. Dostlarıyla birgə qaldığı yataqxanada yerdə yatır. Boş şüşə toplayıb sataraq çörək pulu qazanır. Sonralar İnc şirkətində çalışmağa başlayır. Sonda ona vəd edilən 5 min dollar əvəzinə 7 yüz dollar alır.
3. 1976-cı ildə dostu Voznyak və Ronald Ueynlə birlikdə Apple şirkətini qururlar. Apple şirkəti komputer istehsalı ilə məşğul olurdu. Şirkət getdikcə genişlənməkdə davam edirdi. Apple II isə xüsusi marağa səbəb olmuşdu. Və şirkət yeni təcrübəli menecer, idarəçi axtarışına çıxdı. Pepsi-Cola şirkətindən Con Skullini, National Semiconductor şirkətindən Maykl Skott kimi təcrübəli şəxsləri cəlb etdi. Lakin bir müddət sonra vəziyyət bir qədər gərginləşdi və direktorlar şurasının iclasında verilən qərara görə Stiv Cobs Apple şirkətindən uzaqlaşdırıldı. Hər şərdə bir xeyir var prinsipiylə düşünsək yeridir. Çünki məzh bundan sonra artıq Cobs özünün Next şirkətini qurur.
4. 1996-cı ildə Apple Next şirkətini alır və Cobs müvəqqəti CEO olaraq Apple-da çalışmağa başlayır. Özü də cəmi 1 dollar qarşılığında. Lakin onun uzaqgörənliyi və yüksək marketoloq zəkası sayəsində tez bir zamanda o, böyük nailiyyətlər əldə edir.
5. Ömrünün sonlarına doğru xərçəng xəstəliyindən əziyyət çəkən Cobs 2011-ci ilin 5 oktyabr tarixində həyatdakı mübarizəsini dayandırır.
Bu məqaləni yığcam şəkildə yazmağa çalışdım. Tək məqsədimsə bütün çətinliklərə rəğmən öz arzularından vaz keçməyən birinin həyatıyla sizləri qısaca tanış etmək idi. Bilin ki, bu cür insanlar var və onlar bacarırsa, sizdə bacaraqsınız. Ümidinizi heç vaxt itirməyin.
Daim Xəyallarınızın ardınca gedin, bezmədən, usanmadan. Bilin ki, əziyyəttləriniz mütləq işə yarayacaq. Səyləriniz cavabsız qalmayacaq.
PS: Növbəti yazılarımda Cobs haqqında maraqlı məlumatlardan yazacam.))
Hiç yorum yok:
Yorum Gönder